The full dataset viewer is not available (click to read why). Only showing a preview of the rows.
429 Client Error: Too Many Requests for url: https://huggingface.co./datasets/BHOSAI/QA_3sualaz_on_Azerbaijani/resolve/cb0ceb1b649241508cad73a9b9c7f2f1f25f201f/data/4810.json
Error code: UnexpectedError
Need help to make the dataset viewer work? Make sure to review how to configure the dataset viewer, and open a discussion for direct support.
Question
string | Answer
string | Explanation
string | Author
string |
---|---|---|---|
15. “Mançester Yunayted”ə transfer olandan sonra Fabyen Yap Stamın BUNU ETMƏSİnə qarşı çıxmışdı. Yuxuda BUNUN ETMƏK uğur gətirməyə yozulur. BUNUN ETMƏKlə əvəz edilmiş sözləri tapın | Keçəli öpmək | Fransa yığmasında Loran Blanla başlayan ənənəyə xələl gətirməmək üçün Fabyen Bartez buna yol verməmişdi | Elmidar Süleymansoy |
16. Kazuo İsiquronun “Ailənin şam yeməyi” hekayəsində ananın süfrə arxasında dünyasını dəyişmə səbəbini tapın | Fuqu balığı | Fuqu qida növü kimi dünyada ən təhlükəli məhsullardan sayılır. Bu məhsulun yaratdığı tetradoksini kurare zəhərli maddəsiinsanınbir neçə dəqiqə ərzində dünyasını dəyişməsinə səbəb olur. İsiquronun yapon mənşəli yazıçı olmasını da unutmaq olmaz. | Elmidar Süleymansoy |
17. 1865-ci ilin aprelində Avraam Linkoln teatr tamaşası zamanı sui-qəsd nəticəsində öldürülmüşdü. Bir sənəfli filmdə deyilir ki, təsadüfi deyil ABŞ-da yaranan siyasi hərc-mərclik zamanı bu romanın işıq üzü görməsi heç də təsadüfi deyildi. Həmin romanı deyin | Başsız atlı | Filoloqun fikrincə Linkoln sui-qəsdindən sonra amerikan siyasəti sanki başsız qalmış atlıya bənzəyirdi | Elmidar Süleymansoy |
18. Karikaturaçı Herluf Bidstrup hansı Şərqi Avropa şəhərinin fəxri sakini olub? | Qabrovo | Əsasən satirik karikaturaları ilə məşhur olan Bidstrup sosialist cəmiyyətlərində xeyli məşhur idi və “gülüş şəhəri” hesab edilən Qabrovonun “fəxri sakini” adına layiq görülüb | Elmidar Süleymansoy |
Süleyman Rüstəm xatirələrində qeyd edir ki, "20-30-cu illərdə baş repertuar komitəsinin yeni təyin olunmuş sədri klassiklərimizin “belə” əsər və əlyazmalarının yandırılması haqqında qərar vermişdi”. Siz isə “belə” fəaliyyəti ilə tariximizə keçən şəxsin kim olduğunu tapın. | Abbas Mirzə Şərifzadə | Klassiklərimizin əsərləri və əlyazmaları "bismillahi rəhmani rəhim" kəlamı ilə başlayırdı. Yeni təyin olunmuş sədr "bismillahla başlayan" bütün əl yazmaların yandırılmasını istəmişdi. Abbas Mirzə Şərifzadənin "Bismillahla başlayan" rejissorluq fəaliyyəti tariximizdə ilkə səbəb olub. Belə ki, o, ilk milli rejissorumuzdur. | Ayxan Məmmədli |
2. “O, uzun müddətdən sonra qaldığı otelə qayıtdıqda Böyük Britaniya kralı III Georqun portretinin yerinə Corc Vaşinqtonun şəklinin asıldığını gördü.” Eşitdikləriniz XIX əsrin əvvəllərinə aid hansı əsərdəndir. | Rip Van Vinkl | 20 il yatdıqdan sonra geri dönmüş Rip van Vinkl bu zaman Amerikanın müstəqilliyini qazandığını öyrənir. | Elgün Abdurahmanov |
8. Onun tərəfdarlarının arasında ABŞ Mərkəzi Ehtiyat Bankının 30 illik sədri, onunla tanışdıqdan sonra soyadını Blumentaldan Brandenə dəyişdirmiş məşhur özgüvən və individualizmi təbliğ edən filosof, iqtisadiyyatda altruism ideyasına qarşı çıxan president Reyqan və başqaları vardı. 1982-ci ildə onun cənazəsində dollar formada gül dəstəsi hazırladılmışdı. Onun kim olduğunu tapın. | Ayn Rand | Ayn Rand kapitalizm ideyalarını möhkəmləndirən, fərdiyyətçilik prinsipinin əsasını qoyan, ABŞ-ın müasir insanların düşüncəsinə ən çox təsir edən şəxslərdən biri olaraq tanınır. Sualda verilən Blumental Ayn Randın sevgilisi olmuşdu, və onun adında BRanden-də Rand hissəciyini əlavə etdiyini görmək olar. Digər şəxslər isə məşhur kapitalistlərdi. Dollar da sizə kömək etməli idi. | Səbuhi Göyüşov |
3. Locked-In sindromundan əziyyət çəkən insanlar bütün bədənin iflic olması ilə üzləşir. Bu sindromdan əziyyət çəkən Jan Dominik Bobi özünü 1844-cü ildə yazılmış bir əsərin personajı ilə müqayisə edir. Siz isə həmin əsərin müəllifini tapın. | Aleksandr Düma ata | Jan Dominik Bobi qəzadan öncə “Qrafinya Monte Kristo” adlı əsər yazmağı düşünürdü. Qəzadan sonra bütün bədəni iflic olmuşdu. Bu zaman “Qraf Monte Kristo” əsərində iflic olduqdan sonra gözünü qırpmaqla lüğətdən istifadə edərək fikirlərini çatdıran Nortier kimi olduğunu bildirir. | Elgün Abdurahmanov |
4. Bektaşilikdə təriqətə üzv olmaq istəyən şəxs qaydalarla razılaşdığını və bunları heç vaxt unutmayacağını bildirmək üçün “Menguş”la mükafatlandırılır. Eşitdikləriniz hansı ifadənin yaranmasına səbəb olmuşdur. | Qulağında sırğa etmək | Qaydaları unutmayacaqları ilə bağlı söz verən şagird bunları sözün hər iki mənasında qulağında sırğa edirdi. | Elgün Abdurahmanov |
5. O, qızmar yay günlərinin birində Sovetskidən evinə gedən zaman limonad satandan su almaq üçün dayanır. O, satıcının çox böyük boyu, bədən quruluşuna nəzərən satıcının əslində zavodda və ya fabrikdə işləyə biləcəyini düşünür. Siz isə bundan onra onun nəyi yazdığını deyin. | Səhv düşəndə yerimiz şeirini | Oğlu Mahir atasının bu hadisədən sonra çox təsirləndiyini bildirir, limonad satmağın qadın işi olmasını bu adamın isə daha ağır işdə işləyə biləcəyini düşünür, yəni bu adamın yeri səhv düşmüşdü. Şair Qabil bundan sonra “Səhv düşəndə yerimiz” şeirini yazmışdı. | Elgün Abdurahmanov |
6. 1975-ci ildə Kolumbiya Universitetində keçirilən konfransın qonaqları arasında olan o, çıxışı zamanı mikrofondan imtina etmişdi. İnsanlar isə onu eşitməkdən ötrü səssiz qalmağa məcbur olmuşdular. Onun kim olduğunu tapın. | Con Keyc | None | Elgün Abdurahmanov |
7. Eşitdiyiniz misralar “X”dən götürülüb: Mən Hələbə nə Kərəm kimi Əsli sevdası ilə, nə Qərib kimi Sənəm eşqiylə gəlmişəm. Nə başımda sərgərdanlıq havası, nə didərgin, nə qaçqın kimi gəlmişəm. Nə hərb əsiriyəm, nə qərib. Məni bura görmək, götürmək həvəsi gətirib. X-in 31 mart 1981-i il tarixinə təsadüf etdiyini bilərək onu 4 sözlə ifadə edin. | Rəsul Rzanın Son gecəsi | Bildiyiniz Nəsimi Hələb şəhərində edam olunmuşdur.Bu misralar Rəsul Rzanın Nəsimiyə həsr etdiyi “Son gecə” poemasındandır. Rəsul Rzanın “son gecəsi” 31 martda olmuşdu. | Ayxan Məmmədli |
8. Rəsul Rza şeirlərindən birində Xeops ehramının daş üstə daş yığılaraq yaradılmış bir zülm abidəsi olduğunu qeyd edir və onu “X”a bənzədir. “X”-in XIX əsrin ikinci yarısına aid olduğunu bilərək onun müəllifini deyin. | Vasili Vereşşaqin | Daşı daş üstə yığıblar; eləbil ki, Vereşşaginin tablosudur, Başı baş üstə yığıblar. Fərqi budur ki, bu daşlar adi daşdır Fərqi budur ki, o başlar kəsilmiş başdır. Birinin adı"Apofeoz"dur, birininki "Xeops" | Ayxan Məmmədli |
9. Frank Williams-pilot Robert Conrad-həkim Robert Black-hüquqşünas Frank Adams-sosiologiya məsləhətçisi Maraqlıdır ki, cəmi bir neçə il həbsdə yatdıqdan sonra o, FBI təhlükəsizlik xidmətində işə dəvət olunmuş, məsləhətçi və mühazirəçi kimi də fəaliyyət göstərməyə başlamışdı. Sizsə, XXI əsrin əvvəllərində onun yazdığı avtobioqrafiyasının adını tapın. | “Catch me, if you can" | 1966-1971-ci illərdə saxta sənəd çapı ilə 2.5 milyon dollar qazanan Frank William Abagnale (Ebiqneyl) bir çox işdə öz adını azca dəyişərək və ya saxta əlavələr edərək (Conrad) işləmişdir. 2000-ci ildə isə öz avtobioqrafiyasını yazdığı "Catch me if you can" kitabı çıxmış, 2002-də Stivin Spilberq tərəfindən ekranlaşdırılmışdı. | Eşqin İbrahimov |
9. Dostoyevskinin yaradıcılığının əvvəllərində personajları əks etdirən müxtəlif rəsm əsərlərini görmək olar. X ilə işləməyə başladıqdan sonra bu rəsm əsərləri də yoxa çıxır. X-I bir yunan sözü ilə yazın. | Stenograf | İlk əvvəl əsərlərini özü yazan Dostoyevski bu əsərlərin əlyazmalarında müxtəlif rəsmlər də çəkirdi. Daha sonra isə kasıbçılıq, və vaxt azlığı səbəbindən stenoqrafla işlədiyindən artıq bu məşğuliyyətindən əl çəkir. Bildiyimiz kimi, Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevna da stenoqraf idi. | Səbuhi Göyüşov |
10. 1887-ci ildə Nikola Tesla öz ixtiralarına dəstəkçi tapmaq üçün "Nyuton alması" adlı yeni təəccüb doğuracaq layihəsini ortaya atır. O, xüsusi mis məftillərlə əhatələnərək maqnit induksiya təsiri göstərən aparat hazırlayır. Belə ki, aparatın daxilinə qoyulan mis obyektlər öz ətrafında maqnit sahəsi yaradaraq tarazlığını saxlayır. 1 dəqiqədən sonra əvəz edilmiş 2 sözü cavab kartlarınıza yazın. | Kolumb yumurtası | Həmin dövrdə özünə sponsorları cəlb etmək üçün maraqlı ideya axtaran Tesla məşhur tarixi hadisəni xatırlamışdı. Belə ki, Xristofor Kolumbdan yumurtanı dik qoymasını istəyən zadəganlara onu sındıraraq tarazlığını saxlayan Kolumbun əksinə Tesla maqnit induksiyası sayəsində bunu yumurtanı sındırmadan etməyi bacarmışdı. Belə ki, edilən təsir zamanı yumurta tarazlığını saxlamışdı. Rəvayətə görə həmin hadisdədən sonra Kraliça İzabella Kolumba səfərə çıxması üçün maddi dəstək vermişdi. Tesla da eyni dəstəyi qazanmaq üçün bu təcrübəni ortaya atmışdı. | Eşqin İbrahimov |
Əslində onun uzunluğu 2.4 metrdən çox olmur. Nəyin? | Acı bağırsaq | Dilimizdə bir işə çox vaxt sərf edilməsi ilə bağlı “acı bağırsaq kimi uzatmaq” ifadəsi işlənir, lakin acı bağırsaq çox da uzun deyil, maksimum 2.4 metrə bərabər olur. | Elgün Abdurahmanov |
12. 1978-ci ildə ekranlaşdırılmış "Od içində" filmində məhz bu aktyorumuz "Tomar bəy" rolunu canlandırmışdı. Bu aktyorun adını cavab kartlarınıza yazın. | Səməndər | Avropa dillərində od içində yaşayan Salamandra sözü dilimizə Səməndər formasında keçmişdir. Maraqlıdır ki, 1978-ci ildə çəkilmiş "Od içində" filmində məşhur aktyorumuz Səməndər Rzayev baş rollardan birini canlandırmışdı. | Eşqin İbrahimov |
1. Qeyri-rəsmi olsa da Ella Fitceraldı “musiqinin x-i “ adlandırırlar. Barbara, Laura və başqalarını da x adlandırmaq olar. X ilə əvəz olunmuş iki sözü tapın. | First Lady | Ella Ficeraldın ən məşhur ləqəblərindən biri "First Lady of Song" adlanır. Barbara və Laura Buşlar müxtəlif vaxtlarda ABŞ`ın "first lady"si olmuşdurlar. Sualın birinci verilməsi də cavabı tapmaqda kömək olmalı idi. | Xəyal Məmmədov |
2. “15 yaşımda ikən bir gün Allah, Şeytan, Cənnət və Cəhənnəm birdən yox oldular və mən inancımı itirdim. Mən o anı çox yaxşı xatırlayıram. İngiltərədə məktəbdə dərs zamanı mən də qəfil oyanış baş verdi və sonrasında yeni aşkar etdiyim ateizmimi sübut etmək üçün qadağan olunmuş donuz ətindən hazırlanmış sendviçlərin dadına baxdım”. Sitatın müəllifinin kim olduğunu tapın. | Salman Rüşdi | Hindistanda doğulan Rüşdi təhsilini Böyük Britaniyada davam etdirmişdi. “Şeytan ayələri” əsərində əksini tapan Cibreelin birdən-birə inancını itirməsi epizodunu qələmə alarkən yazıçı öz yaşadığı təcrübədən ilhamlanmışdı. | Elvin Abbaslı |
3. Sosiologiyada tanınmış alimlərin fikirlərinə daha çox inanılması və gənc,eləcə də məşhur olmayanların fikirlərinə etimad göstərilməməsi effekti bu Bibliya personajının adı ilə adlandırılıb. | Matfey | Bibliyada Matfey varlıların daha da varlanacağını,kasıbların isə daha da kasıblayacağını qeyd edirdi.Sosiologiyada isə bu sitata müəyyən qədər fərqli formada işlədilir. | Xəyal Məmmədov |
4. Uorren Bittinin filminin qəhrəmanı kommunistlərin iclasına nə qədər qəribə olsa da bu olmadan daxil ola bilməzdi.Kenə X-i yaratmaq haqqında ideya tıxacda olarkən gəlmişdi. X-i 2 sözlə deyin. | Qırmızı kart | Hakim Ken Aston qırmızı kartı yaratmaq ideyası tıxacda olarkən gəlmişdi. | Xəyal Məmmədov |
6. ”Fight club” filminin qəhrəmanı filmin sonunda Taylır Dördın`ı axtararkən nə etsə də onu tapa bilmədiyini və sadəcə ondan izlər qaldığını qeyd edir. Növbəti cümlədə 19-cu əsrin 2-ci yarısına aid bir əsər xatırlanır. Əsərin müəllifini deyin. | Herbert Uels | Filmdə Tyler Durdeni tapa bilməyən personaj onu “Görünməz adam”a bənzədir.Eyni adlı əsərdə də baş qəhrəman izlərinə görə tapılırdı. | Xəyal Məmmədov |
10. Gələcəkdə Şərqi Asiyaya göndəriləcək olan agent Kara, seriyaların birində çiynindən güllələnmiş insanın yarasın üstünə xasilərlə bunu qoyaraq işgəncə verir. Bu 2001-ci ildə çəkilmiş filmin adıdır.Bunu bir sözlə yazın. | Vasabi | Ümumiyyətlə Şərqi Asiya mədəniyyəti ilə maraqlanan personaj çox vaxt onların yeməklərini yeyir, seriyanın birində yemək çubuqları ilə dəhşətli dərəcədə acı olan vasabini yaranın üzərinə qoyaraq işgəncə edir.2001-ci ildə isə məşhur Vasabi filmi çəkilmişdi. | Elgün Abdurahmanov |
7. Bu rəqsin adının yaranma tarixçəsinə aid versiyalardan birində qeyd edilir ki ,qədim dövrdə odun yığmağa gedən gənclər geri qayıdanda yüklərini çiyinlərindən yerə ataraq rəqs etməyə başlayarmış.Söhbətin hansı rəqsdən getdiyini tapın. | Şalaxo | Şalaxo sözü versiyalardan birinə görə “Şələ qoy” sözlərinin illər keçdikcə dəyişməsindən yaranmışdı.Belə ki yüklərini yəni şələlərini yerə qoyub rəqs edən gənclər bu sözün yaranmasına səbəb olmuşdu. | Xəyal Məmmədov |
8. Onun ən sevimli ədəbi personajı Piter Pen idi.Ona görə də Uilyam Bon adlı sahibkardan 1988-ci ildə təxminən 16 milyon dollara aldığı 1214 hektarlıq ərazini belə adlandırmışdı.Onun kim olduğunu deyin. | Maykl Cekson | Maykl Ceksonun imarətinin adının "Neverland" olması çox məşhur faktdır. Sualda işlənən Piter Pen isə sizə kömək etməli idi. | Xəyal Məmmədov |
9. Şizofreniyanın katatoniya tipinin 3 növündə xəstələr qarşısındakı insanın ona göstərdiyi mimikanı, hərəkəti, söylədiyi söz və ya cümləni təkrar edir. Bəs bu növlərin adında hansı mifoloji personajın adını görə bilərik ? | Exo | Siz həmin xəstələrə nə isə deyirsiniz və dediyinizi təkrarlayır və səsiniz sanki exo verir. | Emil Yusublu |
10. Russel Krounun ekranlaşdırdığı personaj deyir: “Bu kimin yüksəlib kimin enəcəyinə qərar verir,yenidən başlatmaq üçün hər şeyi yox edir”. Cümlədə əvəz olunmuş 1 hərfi tapın. | S | Söhbət “Nuh” filmindən gedirdi.Filmdə fırtınanın baş verəcəyini anlayan Nuh peyğəmbər hər şeyin dəyişməsini su ilə əlaqələndirirdi. | Xəyal Məmmədov |
11. 1935-ci ildə Gəncədə anadan olan bu şəxsin atasının ən sevimli əsəri “Ovod” idi. Bu şəxsin kim olduğunu deyin. | Artur Rasizadə | <S3>Artur Rasizadənin atası Tahir Rasizadə ədəbiyyatı sevirdi və Etel Lilian Voyniçin məşhur “Ovod” əsərindən Artur Berton personajının adını öz oğluna vermişdi. | Xəyal Məmmədov |
12. Nornlar Skandinav mifologiyasında gələcək haqqında məlumat verən cadugərlərdir. 17-ci əsrin əvvəlinə aid hansı mənbə haqqında olan məqalədə norn adının keçdiyini cavab kartınıza yazın. | Makbet | Şekspirin Makbet pyesində gələcəkdən xəbər verən 3 cadugər pyesdəki sonrakı hadisələrə təsir edirdi.Skandinav mifologiyasındakı nornlar da eyni xüsusiyyətə malik idi. | Xəyal Məmmədov |
1. 1947-ci ildə bu şəxsə Cənubi Amerikadan əsən küləklərin və cərəyanların istiqamətini bilməsi də kömək etmişdi. Söhbətin kimdən getdiyini tapın. | Tur Heyerdal | Polineziyalıların amerikan-hindu mənşəli olmalarına dair əsər yazsa da Tur Heyerdal heç kimi buna inandıra bilməmişdi. Belə ki, heç kim primitiv üzmə vasitələrindən istifadə edərək hinduların okeanı keçməsinə inana bilmirdi. Heyerdal isə hindularınkına bənzəyən sal düzəldərək ekspedisiyaya başlayır. Heç bir texniki qurğu olmadan salın hansı istiqamətdə üzəcəyini müəyyən etmək üçün o, küləklərin və okean cərəyanlarının istiqamətini öyrənmişdi. | Rahib Məhərrəmzadə |
2. ALFAda düymələrin olmaması başqalarından asılı olmamanı, cibin olmaması isə rüşvət alınmadığını bildirir və ədaləti simvolizə edir. ALFAnı bir sözlə cavab kartınıza yazın. | Mantiya | Geyimdə düymələrin olmamasının səbəbi onu geyinənlərin kiminsə qarşısında düyməsini bağlayan asılı adamlara bənzəməməsi üçündür. Sualda işlənən “ədalət” sözü sizi məhkəməyə yönləndirməli idi. Söhbət hakimlərin məhkəmə proseslərində geydikləri geyim olan mantiyadan gedirdi. | Rahib Məhərrəmzadə |
4. Bir əsərdə Con adlı jurnalist ilk dəfə atom bombası atılan gün insanların nə ilə məşğul olması haqqında kitab yazmaq istəyir. Sözügedən əsərin müəllifini tapın. | Kurt Vonnequt | Söhbət Kurt Vonnequtun “Pişik beşiyi” əsərindən gedirdi. Əsərin qəhrəmanı atom bombasının atıldığı günə dair “Dünyanın sona çatdığı gün” adlı kitab yazmaq istəyir. Yazıçının “Sallaqxana №5” əsərinin qəhrəmanı Billi Pilqrim də Drezdenin bombalanması barədə kitab yazmaq fikrində idi. | Rahib Məhərrəmzadə |
11. TV seriyalardan birində qəhrəman kapitalist cəmiyyətini tənqid edərək bunun insanları işçi kartları (badge) vasitəsilə sistemə bağladığını bildirir. Bunu birinci növ təyini söz birləşməsi ilə deyin. | Görünməz əl | Kapitalizmin əsası olan görünməz əl bu vasitə ilə insanları bağlayır. | Səbuhi Göyüşov |
5. Sadalananlara qulaq asın: 219.“Türk” – 1775-ci il; 297.“Paris” – 1778-ci il; 384.“Saraydan qız qaçırma” – 1782-ci il; Sadalananlar Lüdviqin yaratdığı ondan götürülüb. Onu eyni hərflə başlayan iki sözlə yazın. | Köxel kataloqu | Sualda sizə Motsartın əsərlərindən bir neçəsi və onların yazıldığı illər siyahıdakı sıra nömrələri ilə sadalandı. Motsartın əsərlərinin xronoloji ardıcıllıqla sıralandığı siyahı onu tərtib edən Lüdviqin soyadı ilə Köxel kataloqu adlandırılmışdır. | Rahib Məhərrəmzadə |
6. 1978-ci ildə çəkilmiş “Qan içində” filmində Muğan ərazisinin Çar Rusiyası və Denikinçilərin əhatəsində qalmasından, onun çətin günlərindən danışılır. Əvvəlki cümlədə əvəz olunmuş bir sözü tapın. | Od | Sualdan məlum olduğu kimi, Muğan ərazisi hər iki tərəfdən təhlükə ilə üzləşir. Söhbət 1978-ci ilə aid “Od içində” filmindən gedirdi. Maraqlıdır ki, “İki od arasında” əsərində də analoji süjet xətti mövcuddur. Əvəzetmə də əbəs deyildi. Belə ki, əsərin digər adı “Qan içində”dir. | Rahib Məhərrəmzadə |
7. Versiyalardan birinə görə, bir dəfə o, Londonda olarkən zooparka aparılan meymunların bir-birindən bərk tutaraq necə halqa yaratdıqlarının şahidi olmuşdu. Söhbətin kimdən getdiyini tapın. | Fridrix Avqust Kekule | Versiyaya görə, bu mənzərəni gördükdən sonra o, meymunları karbon atomları, onların bir-birini tutan əllərini valentliklər, quyruqlarını isə hidrogenlə doymuş sərbəst valentliklər adlandırmışdı. Sonradan bu hadisə ona benzolun kimyəvi formulunu tapmaqda yardımçı olmuşdu. Söhbət Kekuledən gedirdi. | Rahib Məhərrəmzadə |
9. Onun adı qədim şumer dilindən “torpağın sahibi” kimi tərcümə olunur. Bir çox başqa dillərdə isə bu ad “qısqanc”, “xəyanət edən” mənasına gəlir. Onun kim olduğunu tapın. | Qabil | “Torpağın sahibi” ifadəsi onun əkinçiliklə məşğul olmasına işarə idi. Allah, maldar qardaşı Habilin qurbanını qəbul etdikdən sonra qardaşını qısqanan Qabil xəyanət edərək onu öldürür. Dilimizdə işlənən “xain” sözünün məhz “Cain” adından yarandığı ehtimal edilir. | Rahib Məhərrəmzadə |
10. Maraqlıdır ki, 2001-ci ilə aid X-də hadisələr əsasən BURAXILMIŞ İKİ SÖZ cərəyan edir. X-in sözlərinə inansaq, BURAXILMIŞ İKİ SÖZ sarı torpaq, sarı qum və dərələr var. X-i və BURAXILMIŞ İKİ SÖZü cavab kartlarınıza yazın. | Yuxu, Xəzərin sahilində | 2001-ci ilə aid “Yuxu” adlı Azərbaycan filmində hadisələr Xəzərin sahilindəki qəsəbədə-Nardaranda baş verir. Sualın ikinci hissəsində isə “Yuxu” qrupunun “Xəzərin sahilində” mahnısının sözlərindən söhbət gedirdi. | Rahib Məhərrəmzadə |
11. “Roma” serialında BUNU ETDİKDƏN sonra hər bir əsgərin vətəndaşa çevrildiyi qeyd olunur. BUNU ETMƏKlə əvəz olunmuş sözləri tapın. | Rubikonu keçmək | Romada hərc-mərcliyin artmasından xəbər tutan Qay Yuli Sezar müttəfiqi Pompeyə qarşı mübarizəyə başlayır. Sezarın Qalliyadan Romaya qayıdarkən Rubikon çayını keçməsi ölkədə vətəndaş müharibəsinin başlanacağından xəbər verir. | Rahib Məhərrəmzadə |
12. Maraqlıdır ki, o, 1987-ci ildə qazandığı "Qızıl top" mükafatını Nelson Mandelaya həsr etmişdi. Kim? | Rud Qullit | Bildiyimiz kimi, Cənubi Afrika Respublikası əvvəllər Hollandiya müstəmləkəsi olub. Bununla belə ləqəbi "Qara zanbaq" olan qaradərili holland futbolçu Rud Qullit aparteidə qarşı mübarizə aparanlardan biri olmuş və mükafatı məhz Mandelaya həsr etmişdir. | Rahib Məhərrəmzadə |
13. Nikolay Pavlenkonun “Birinci Pyotr” kitabının fəsillərindən birində Pyotrun hərbi əməliyyatlara rəhbərlik etməsi, nizami ordu və donanma yaratması, qanunvericilik və mülki sahələrdə işlər gördüyü qeyd olunur. Kitabın bu fəslinin adı XX əsrin 40-cı illərinə aid əsərin adı ilə eynidir. Həmin əsəri tapın. | “Qılınc və qələm” | Pyotr hərbi iş və müharibələrlə yanaşı dövlət quruculuğu ilə də məşğul olmuş və bir sıra qanunlar, sərancamlar, məktublar, əmrlər və diplomatik sənədlər yazmışdır. “Qılınc və qələm” romanı Məmməd Səid Ordubadi tərəfindən 1946-1948-ci illərdə yazılmışdır. | Rahib Məhərrəmzadə |
12. 1968-ci ildə Londonda nəşrə başlayan bu jurnal insanlara nahar fasilələrində gedə biləcəkləri restoranları və işdən sonrakı fasilələrdə şəhərdə baş tutacaq kino,teatr və s. tədbirlərin kataloqu xidmətini göstərir. San Antonio Spurs komandasının baş məşqçisi bunun 14`dən az olduğuna görə şikayətlənir və oyunçularından maksimum diqqətli olmasını istəyir.Bunu xarici mənşəli sözlə yazın. | Taym-aut | San-Antonio Spurs basketbol komandasının məşqçisi Qreq Popoviç hər komandaya 6, ümumilikdə isə 12 dəfə taym-aut götürmək şansının olmasından şikayətlənərək bu müddət ərzində oyunçularından maksimum diqqətli olmaqlarını istəyir. Sualın birinci hissəsində iki dəfə fasilə sözünün və 12-ci sual kimi verilməsi əlavə kömək olmalı idi. | Elgün Abdurahmanov |
15. Bu şəxs uşaqlıqda ailəsi kasıb olduğuna görə qohumları ilə yaşamış və öz dolanışığını təmin etmək üçün müxtəlif işlərdə çalışmışdır. Əsl soyadı Pederson olan XIX əsrdə doğulmuş həmin şəxsin kim olduğunu tapın. | Knut Hamsun | Şəxsin soyadından onun Şimali Avropadan olmasına çıxmaq olardı. Uşaq vaxtı səfalət içərisində böyüyən Hamsun bəzən ac qalmalı olurdu. Sonradan “Aclıq” adlı əsərini yazan yazıçı Nobel mükafatına layiq görülür. | Rahib Məhərrəmzadə |
2. DİQQƏT! Sualda 2 hərf buraxılıb: Onun öz sahəsində XÜSUSİ BİRİ olduğu 2002-ci ildəki uğurlarından sonra bəlli oldu. Mətndə buraxdığımız iki hərfi bərpa edin. | Mu | Bildiyiniz kimi hal-hazırda Çelsi futbol klubunun baş məşqçisi olan Jose Mourinho-nun ləqəblərindən biri Mou, digəri isə “Special one”, yəni “Xüsusi biri”dir. Sualda Onun sözündə iki hərfi buraxmışdıq. Mətndə Mou-nun olmalı idi. | Səbuhi Göyüşov |
4. 1906-cı ildə anadan olan onu hələ uşaq yaşlarından ailəsi qorumağa başlayır. Gözünü açandan anası və bacılarını hana qarşısında görməsi onun gələcək peşə seçiminə təsir edir. Onun kim olduğunu cavab kartınıza yazın. | Lətif Kərimov | Hana xalçaçılıqda istifadə olunan dəzgahın adıdır. Uşaq yaşlarından bunları görməsi onu gələcəyin dahi xalçaçı-rəssamı edir. | Elgün Abdurahmanov |
5. Keçən əsrin otuzuncu illərində Lətif Kərimov xüsusi bir sifariş alır. SSRİ-də hazırlanan tədbirlərlə əlaqədar olaraq aldığı sifarişi yerinə yetirmək üçün o, Kazım Kazımzadə, Qəzənfər Xalıqov, Məmmədəli Şirinov, Əmir Hacıyev ilə bir yerdə işləməyə başlayır. Siz isə bu sifarişlərin hansı əlamətdar hadisə üçün hazırlandığını dəqiqliklə cavab kartınızda qeyd edin. | Nizaminin 800 illik yubileyi | Bildiyiniz kimi Nizaminin 800 illik yubileyi SSRİ tərəfindən xüsusi qeyd ediləcəkdi. Lakin müharibənin başlaması ilə əlaqədar olaraq bu tədbirlər təxirə salındı. | Elgün Abdurahmanov |
6. 1945-ci ildə Potsdamda müttəfiq dövlətlərin görüşü zamanı, tərəflər arasında yarana biləcək münaqişənin qarşısını almaq üçün bundan istifadə olunmuşdu. Bu, həmçinin, ilk dəfə Normandlı Vas tərəfindən 1155-ci ildə təsvir edilmişdir. Bunu cavab kartınıza qeyd edin. | Dəyirmi masa | Müttəfiqlər arasında kim başda oturacaq problemi yaranmasın deyə dəyirmi masadan istifadə edilmişdi. Vas ilk dəfə “Dəyirmi masa cəngəvərləri”ni təsvir edən şairdir. | Səbuhi Göyüşov |
8. Rəşid bəy kəndə gələrək Qori seminariyası üçün uşaqlar seçmək istəyir. Kənd müəllimindən seminariyanı qutarmış tələbəsinin yerini soruşur. Rəşid bəy onu görəndə o meşədə yaşayır, İÇKİLİ halda öz komasından çıxır. Onun kim olduğunu deyin. | Kefli İskəndər | Sualda içkili sözü ipucu idi | Elgün Abdurahmanov |
9. Kurt Vonnequtun “Sallaqxana №5” əsərində yazıçı bombardmandan sonrakı Drezdeni X-ə bənzədir. Bir Azərbaycan filminin qəhrəmanları X-də 1959-cu ilə aid beşguşəli ulduz tapırlar. Həmin filmi deyin. | Sehrli xalat | Bombardmandan sonra dağınıq vəziyyətdə olan Drezden ayın səthini xatırladırdı. “Sehrli xalat” filminin qəhrəmanları Rəşid və Zərifə ayın səthində olarkən orada SSRİ-yə aid 5 guşəli ulduz tapırlar. | Səbuhi Göyüşov |
10. Çağan İrmakın “Ulak” kinosunda kənd-kənd gəzən dərviş uşaqlara nağıl danışır. Nağıla qulaq asmaq üçün uşaqlar evlərini tərk edib dərvişin yanına gedirlər. Sual müəllifi dərvişi məhz onunla müqayisə edir. Onun adı keçən şəhərdəki uşaqların sayı 20 minə yaxındır. Onu tapmağa çalışın. | Hamelin Tütəkçisi | Məşhur nağılda isə uşaqlar tütəkçinin musiqisinin ardıyca düşüb evlərini tərk edirdilər. | Elgün Abdurahmanov |
11. 1879-cu ildə Bakıda doğulmuş o, XX əsrin əvvəllərində şəhərin xüsusi yerlərində dəliləri izlədiyini, onların hərəkətlərini öyrəndiyini qeyd edirdi. Onun kim olduğunu deyin. | Hüseynqulu Sarabski | Bildiyiniz kimi Məcnun dəli deməkdir. Ona ilk dəfə bu rolu təklif edilərkən o dəliləri izlədiyini demişdi. | Elgün Abdurahmanov |
12. Anjelina Coli, Tom Kruz, Britni Spirs, Tom Xenks, Paris Hilton, Keti Perri, Leonardi Dikaprio və s. Bunu etmək “bir respublikaya” 2013-cü ildə 10 milyon dollardan çox gəlir gətirdi. Eşitdiyiniz sualda mən də bunu etdim. Bunu etməklə əvəz etdiyimiz iki sözü cavab kartınıza yazın. | Ulduzları saymaq | Sadaladığım şəxslər çox məşhur insanlardır. Gördüyünüz kimi mən onların adını saydım. MUSİQİ qoyulur. Bir respublika “One Republic” qrupu və “Counting stars” mahnısı nəzərdə tutulurdu. | Səbuhi Göyüşov |
13. Mirzə Əliməmməd 18-ci əsrdə Qarabağ xanlığında Molla Pənah Vaqiflə birgə ən yüksək vəzifələrdən birini tutmuş, daha sonra isə Türkiyəyə təyinat almışdır. Ağa Məhəmməd şah Qacar Qarabağa gəldikdə onu edam etdirmişdi. Siz isə Mirzə Əliməmmədin nəslindən olub, 1887-ci ildə anadan olan şəxsi cavab kartınıza yazın. | Yusif Vəzir Çəmənzəminli | Sualda Vaqifin adı boş yerə çəkilməmişdir. Vaqif vəzir vəzifəsində olduğu kimi Mirzə Əliməmməd də vəzir vəzifəsində çalışırdı. Yusif Vəzirin özü də Türkiyəyə səfir təyin olunmuşdur. Qacarın deyilməsinə səbəb isə Çəmənzəminlinin o dövrə aid əsəri olmasıdır. | Səbuhi Göyüşov |
14. 1955-56-cı illər ərzində Montqomeri-də olan nəqliyyat şirkətlərindən birinin gəliri 80 faizə qədər azalmışdı. Siz isə buna səbəb olan şəxsi deyin. | Roza Parks | Roza Parks 1955-ci ildə, Montqomeridə bir avtobusa mindikdən sonra ağlar üçün ayrılmış yerdə oturduğundan avtobus şoferi tərəfindən məcburi şəkildə avtobusdan endirilmişdir və bundan sonra bölgənin qaradərililəri arasında avtobuslara qarşı boykot başlamışdı və onlar bir il ərzində avtobusa minməmişdilər. Bu isə gəlirdə 80 faiz itirmək demək idi. | Səbuhi Göyüşov |
1. Sual müəllifi əmindir ki, siz bu sualın cavabını tək tapacaqsınız! 1949-cu ildə doğulmuş yazıçının əsərindən bir hissəyə qulaq asın: “O, əbədi narahatçılıq və əngəldir. Siz onu əlinizdə apara bilmirsiniz və məcbur olub kürəyinizdə daşıyırsınız. Onu mebel kimi gizlətmək də mümkün deyil.” Yazıçının bu fikirləri nə haqqında söylədiyini tapın. | Kontrabas | Aparıcının sualın əvvəlində işlətdiyi cümlə “Mən tək kontrabasda?!” ifadəsinə işarə idi. 1949-cu il doğumlu yazıçı Patrik Züskind isə 1980-ci ildə məşhur “Kontrabas” mono-pyesini qələmə almışdır. | Rahib Məhərrəmzadə |
16. Bioqrafiyadan bir hissəyə qulaq asın. “Evdəki sənət ab-havası ona güclü təsir göstərmiş, gerçəkliyin məhz bədii prizmadan dərk edilməsinə səbəb olmuşdur. Nəticədə o gələcəkdə seçdiyi sənətə maraq göstərməyə başlayır, vaxtının çox hissəsini bu işə həsr edir. Onun həvəsini görən atası onu hər vəchlə dəstəkləyir.” Diqqət sual: Bu hissə kimin bioqrafiyasındandır. | Vəcihə Səmədova | None | None |
17. Siyahıya qulaq asın: - 5 nəfərlik yer. - 1000 markdan aşağı qiymət. - 100 kilometr məsafə üçün 6 litr benzin. Eşitdiyiniz siyahı əsasında 1934-cü ildə nəyin yaradıldığını deyin. | Volkswagen maşını | Bildiyiniz kimi Volkswagen maşını alman dilindən tərcümədə “xalq maşını” deməkdir. Burdakı siyahıda da maşının xalq düşünülərək yaradıldığını görürsünüz. | Səbuhi Göyüşov |
18. Masallının Ərkivan kəndində yaşayan... 1272ci ildə... Mirzə Mehdi xan... Eşitdikləriniz onun haqqında ola məqalədəndir. Onun nə olduğunu tapdınızsa, onu özünə fəxr hesab edəni tapın. | Məşədi İbad | Sualda söhbət “Tarixi-Nadir” dən gedirdi.Masallının Ərkivan kəndində yaşayan Məşədi Həmid kitabın hal-hazır ki,sahibidir.1272ci ildə Şaban ayının 9da çapdan çıxıb.Mirzə Mehdi xan tərəfindən yazılmışdır. | Elgün Abdurahmanov |
1. Bir kitabda qeyd olunub ki, 18-ci əsrdə X-in hazırlanması üçün az miqdarda yağ və yumurta istifadə edildiyinə görə o dadı ilə Y-dən çox da fərqlənmirdi. X və Y-i yapın. | Brioş və çörək | Oxford yemək arayışı kitabında qeyd olunub ki, 18-ci əsrdə brioş dadına görə çörəkdən fərqlənmirdi. Belə qənaətə gəlmək olar ki, məşhur "Çörək tapmırlarsa brioş yesinlər " ifadəsi xoş niyyətlə deyilmiş ola bilər. | Ülvi Ağamalıyev |
2. "Panem et Circenses" ifadəsi latın dilindən tərcümədə “Çörək və Tamaşa” deməkdir. Hansı trilogiya haqqında məqalədə bu ifadəyə rast gəlmək olar? | Aclıq oyunları | Roma imperatorları tərəfindən yemək və əyləncələri təmin etməklə kütlələri idarə etmək üçün istifadə olunan strategiya “Çörək və Tamaşa” adlanırdı. Maraqlıdır ki, həm çörək həm də tamaşa elementlərinə malik olan “Aclıq oyunları” trilogiyasında mövcud olan dövlət Panem adlanır. Bu əsərdə Roma imperaiyasına bir çox göndərmələr var. | Elşad Mehdiyev |
3. Şimali Koreyadan qaçmağa çalışan insanlar haqqında danışılan mənbədə, həmin qaçqınların bir çoxunun ölkəni tərk etdikdən sonra hərfi mənada CƏZASIZ QALMAYACAQLARI deyilir. Əvvəlki cümlədə 3 söz iki söz ilə əvəz edilib. Həmin 3 sözü cavab kartınıza yazın. | Sudan quru çıxmayacaqları | Bildiyimiz kimi Şimali Koreya qapalı ölkədir və yerli hökumət əhalinin qaçmaması üçün sərhədləri çox yaxşı qoruyur. Qaçqınların yeganə çıxış yolu daha pis qorunan dəniz və ya çay vasitəsilə ilə ölkədən qaçmaqdır. Buna görə də, mənbədə deyilir ki qaçqınlar ölkəni tərk etdikdən sonra hərfi mənada sudan quru çıxmayacaqlar. | Samid Hacıyev |
4. 2013-cü ildə Fransa təhlükəsizlik orqanlarının təzyiqi ilə fransız vikipediyasında gizli məlumatları əks etdirən bir məqalə silinmişdi. Bundan sonra yazı yenidən bərpa edilmiş və həmin müddət ərzində ən çox oxunulan məqaləyə çevrilmişdi. Bu barada danışılıan bir mənbədə X xatırlanır. X-i biri xüsusi isim olmaqla 2 sözlə yazın. | Streyzand effekti | Fransa təhlükəsizlik orqanları gizli məlumatlar olan məqaləni təzyiq göstərərək silib onun aradan qalxmasını istəsələr də, nəticədə bu əks effekt vermiş, məqalə yenidən bərpa olunaraq fransız vikipediyasında həmin müddətdə ən çox oxunulan məqaləyə çevrilmişdi. Bu sosial fenomen Streyzand effekti adlanır. Hər hansısa bir məlumatı gizlətmək məqsədi ilə onu ictimaiyyətə çatdıran mənbədən aradan qaldırmaq (silmək) nəticədə həmin məlumatın daha da məşhurlaşmasına və daha çox şəxsin həmin məlumatla tanış olmasına səbəb olur. Amerikalı sənətçi Barbra Streyzand 2003-cü ildə öz evinin şəklini bir saytdan sildirmək üçün məhkəməyə müraciət etmişdi və nəticədə onun gizli saxlamaq istədiyi bu şəkil daha da məşhurlaşmışdı. | Seymur Mütəllimzadə |
6. Bir əsərdə göy üzünü sanki zolaqlara bölmüş buludlar X-ə bənzədilir. X-i bir fransız mənşəli sözlə deyin | Jalüzi | Əsərdə buludlar uzunsov formalı olduğundan jalüziyə bənzədilirdi. | İlqar Rəhimli |
8. Rəqqas Yordanisin çıxışını müzakirə edən jüri, maraqlıdır ki, onun məhz bu ifasında qadın həmkarının gözlərinin içinə rahatca baxdığını bildirir. Siz isə, rəqqasın bu zaman kimi canlandırdığını yazın. | Persey | Maraqlıdır ki, Meduza Qorqonanı canlandıran Yekaterina Qonçarova ilə rahat rəqs edən Yordanis bütün rəqs boyu onun gözlərinə baxırdı. | Cavid Məmmədov (İnyun) |
9. Frenk Herbertin “Düna” (digər tələffüz forması Dyun) əsərində səhrada baş verən dəhşətli qasırğa ONUNLA müqayisə edilir. ONUN haqqındakı Vikipediya məqaləsində Norveç dənizindəki Ferö və Moskenesey adalarının da adları çəkilir. ONU bir xarici mənşəli sözlə deyin. | Malström | Malström – adı ilk dəfə XVI əsrdə Merkatorun xəritələrində çəkilən su burulğanıdır. Bu burulğan Norveç sahillərindən şimal-qərbdə, sualdakı sözügedən adaların arasında yerləşir. | İlqar Rəhimli |
10. Diqqət sualda, “O” əvəzetmədir. Fərqli bir versiyada O evlənir və 10 övladı dünyaya gəlir və hər şey yenidən başlamış olur. ONU dəqiqliklə 3 sözlə yazın. | Onuncu zənci balası | Söhbət əsər yox, “sçitalka”dan gedirdi. Sual da 10-cu idi. | Cavid Məmmədov (İnyun) |
11. Poroşenko ilə Zelenskinin baş tutmayan ilk qeyri-rəsmi debatı barədə xəbərdə deyilir ki, Poroşenko X əvəzinə Y ilə kifayətlənməli oldu. Debatın niyə baş tutmadığını bildinizsə, X və Y-i yunan mənşəli mürəkkəb sözlərlə yazın. | Dialoq və Monoloq | Poroşenko Zelenski ilə dialoqa girmək istəsə də rəqibi debatda iştirak etmədiyinə görə nəticədə monoloq ilə kifayətlənməli oldu. | Seymur Mütəllimzadə |
12. DİQQƏT! Sualda “BİRİNCİNİ ETMƏK” və “İKİNCİNİ ETMƏK” əvəzetmədir. Bir internet istifadəçisi qeyd edir ki, yeni seçilmiş Ukrayna prezidenti Vladimir Zelenski qonşu ölkələrə düşmən yox, dost gözü ilə baxmalıdır. Sonra isə həmin istifadəçi Donald Trampa atmaca məqsədi ilə yazır ki, BİRİNCİNİ ETMƏK İKİNCİNİ ETMƏKDƏN daha yaxşıdır. BİRİNCİ və İKİNCİni cavab kartınıza yazın. | Körpü və divar | Bildiyimiz kimi, Donald Tramp Meksika ilə sərhəddə divar tikməkdə israr edir. Bu hərəkəti qınayan internet istifadəçisi, Zelenskiyə məsləhət görür ki qonşular ilə DİVAR yox, KÖRPÜ TİKSİN. BİRİNCİNİ ETMƏK birləşməsi ilə KÖRPÜ TİKMƏK, İKİNCİNİ ETMƏK birləşməsi ilə DİVAR TİKMƏK sözləri əvəz olunub. Sualda isə BİRİNCİ və İKİNCİNİ tapmaq lazım idi. | Samid Hacıyev |
13. Bir elmi-fantastik filmin kiborq olan personajı ölüm ayağında olan sevgilisinə sözün əsl mənasında BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏRİ tapın. | ürəyini verir | Yarı insan yarı robot olan kiborq personaj sevdiyi insan yaşasın deyə ürəyini ona verir. | Seymur Mütəllimzadə |
14. Kart oyunlarında "4" və "3" kartlarının birləşməsi ONUN adını daşıyır. Maraqlıdır ki, ONA “soyuq silahla” hücum edən şəxs həbsdən 2009-cu ilin sentyabrında azadlığa buraxılmışdı. ONUN kim olduğunu dəqiqliklə deyin. | Corc Buş-oğul | Corc Buş-oğul ABŞ-ın 43-cü prezidentidir. Maraqlıdır ki, Corc Buşa ayaqqabı atan jurnalist 12 yanvar 2009-cu il tarixində 3 illik həbs almasına baxmayaraq, 9/11 hadisələrinin 8 illiyində, 11 sentyabr 2009-cu ildə azadlığa buraxılmışdı. | Samid Hacıyev |
15. “Dinamo”da çıxış edərkən Andrey Şevçenko məşq zamanı alnından butsla zərbə alır. Bundan sonra onu X adlandırmağa başlayırlar. Belə demək olar ki, uzun illər “Dinamo”da çıxış etdikdən sonra 1999-cu ildə “Milan” keçərək “Dinamo”ya bir neçə milyon dollar qazandıran Şevçenko öz ləqəbini doğrultmuşdu. X-i saitləri qalın olan 1, yaxud 2 sözlə yazın. | Daxıl | Aldığı zərbədən sonra onun alnında sıyırtı işarəsi qalır. 1999-cu ildə Şeva 25 milyon dollara “Milan”a transfer olunmuşdu. | Cavid Məmmədov (İnyun) |
3. Azərbaycan ordusunda əsgərlərin bir müddət sonra intihar etməsindən danışılan məqalədə buna əsas səbəb kimi orduda əsgərlərin hələ lap əvvəldən silahla təchiz edilməsi göstərilir. Bəs bu zaman məqalədə 1860-cı ildə anadan olan kimin adı çəkilir? | Anton Çexov | Məqalədə göstərilir ki, əgər gənc əsgərlər silahla təmin edilirsə onsuz da o silahdan nə vaxtsa atəş açılmalıdır. Bildiyimiz kimi Anton Çexov 1889-cu ildə “Əgər pyesin birinci pərdəsində divarda silah asılıbsa daha sonra o silahdan atəş açılacaq” cümləsini deyərək elmə Çexovun silahı anlayışını gətirmişdir. Məqalə Çexovun bu sitatı ilə başlayırdı. | Səbuhi Göyüşov |
1. Bəxtiyar Vahabzadə məqalələrindən birində yazırdı: “Koroğlu” uvertürasını dərindən başa düşmək üçün X lazımdır. Elə bil, Üzeyir Hacıbəyov “Koroğlu”nu X üçün yaradıb.X üçüncü növ təyini söz birləşməsidir.X-i görmək üçün Bülbül prospekti 21/24 ünvanındakı muzeyə gedə bilərsiniz.X-i yazın. | Niyazinin çubuğu | Həmin ünvanda maestro Niyazinin ev muzeyi yerləşir. | Tural Dadaşov |
2. "Doxsan üçüncü il” romanında Qraf De Brienn və Hersoq Vilruanın qorxaqlığı təsvir olunur.Onlar hətta piket oynamaqdan imtina etmişdilər.Səbəb isə onlara bunun paylanması idi.Bunu dəqiqliklə deyin. | Kral təsviri olan kart | Piket kart oyunudur.1793-cü il – inqilabi terror ili idi.Monarxist və Royalistlər hətta kiçik günahlarına görə edam edilirdi. | Timur Barski (Tel-Əviv) |
3. O zaman 11 yaşı olan Stoşa Sreçko xatırlayır ki, bu şəxsin köməkçiləri tez-tez Opçina şəhərindəki daş karxanalarının anbarlarından oğurluq edirdilər.Bu şəxsin kim olduğunu tapın. | Mehdi Hüseynzadə | Daş karxanalarında süxurları dağıtmaq üçün istifadə olunan çoxlu dinamit olurdu.Opçina Triest yaxınlığında kiçik şəhərdir.Mehdi Hüseynzadə Opçinadakı kinoteatrı partlatmaqla 100-dən artıq faşisti öldürmüşdü. | Tural Dadaşov |
4. 2010-cu ilin yayında Xose Luis Sapatero onun həyatını qorumaq üçün cangüdənlər komandası göndərməyə hazır olduğunu bildirmişdi.Onu deyin. | Ahtapot Paul | Dünya çempionatında Almaniya- İspaniya yarımfinal oyunundan öncə seçimini ispanların xeyrinə edən Paulu almanlar xəyanətkar adlandırırdılar.Pauldan salat düzəltmək təklif edilirdi.İspaniyanın baş naziri Sapatero isə onun həyatını qorumağa hazır olduğunu bəyan etmişdi. | Tural Dadaşov |
5. Acgöz molla öz yaşadığı kənddə bir nəfərin qonaqlıq etdiyini,həm də qonşu kənddə ehsan verildiyini eşidir.Əvvəlcə o biri kənddəki ehsana getmək qərarına gəlir.Qonşu kəndə çatdıqda ehsandakıların artıq dağılışdığını görür.Tələsik geri qayıdan molla buradakı qonaqlığa da gecikir.Onun qonaqlıq verən həmkəndlisinin adını deyin. | Vəli | Qonşu kənddə ehsan aşı – Əli aşı verilirdi.Öz həmkəndlisi Vəli isə qonaqlıq verirdi.Bu Əli aşından da olmaq,Vəli aşından da olmaq zərb məsəlinin yaranma tarixçəsi idi. | Tural Dadaşov |
6. Eduard Konfessorun ölümündən sonra Harold kral seçildi.Mixail Vellerin sözlərinə görə, Harold ingiltərə taxt-tacına və torpağına iddia edən digər namizədi DOQQUZ QRAMMla mükafatlandıracağını bildirmişdi.DOQQUZ QRAMMla əvəz olunanı cavab kartınıza yazın. | Altı fut | Ordumun gücü istənilən namizədi altı futla mükafatlandırmağa imkan verir. | Timur Barski (Tel-Əviv) |
7. Bencamin Franklinin bunu etməklə həyata keçirdiyi eksperiment ildırımötürücünün kəşfi ilə nəticələnmişdi.Popov antenaları lazımi yerlərdə yerləşdirmək üçün bunu edirdi.Talibanın hakimiyyətə gəlməsindən 2 həftə sonra bunu etmək qadağan olunmuşdu.Nə etmək? | Çərpələng uçurmaq | None | Tural Dadaşov |
8. “Çərpələng ucuran” əsərinin baş qəhrəmanı Əmir uzun illərdən sonra yaşadığı evə qayıdır. Həyətdə dayanmış avtomobildən yerə süzülən yağ onun diqqətini cəlb edir.Cümlənin davamında 1884 -cü ildə anadan olmuş şəxsin soyadı çəkilir.Həmin həkimin kim olduğunu tapın. | German Rorşax | “Jeep” in altına süzülmüş maşın yağının ləkəsi Rorşax testini xatırladırdı. | Tural Dadaşov |
9. Ötən əsrin 60-ci illərin sonunda Rəsul Rza xüsusi missiya ilə getdiyi xarici səfərdən türk,fars və ərəb dilində olan divanlar gətirmişdi.Bu materiallar 2 dostun diqqət mərkəzinə düşdü.Hər ikisinin kim olduğunu tapın | İsa Hüseynov və Həsən Seyidbəyli | 1969-cu ildə Nəsiminin 600 illiyi qeyd olunurdu.Rəsul Rza bu divanları Hələbdən gətirmişdi. Rejissor dostunun məsləhəti ilə bu materialları oxuyan yazıçı İsa Hüseynov Nəsimiyə həsr olunmuş “Məhşər” romanı və ssenari üzərində işləməyə başlayır.Onun yazdıqları əsasında isə dostu- Həsən Seyidbəyli “Nəsimi” filmini çəkir. | Tural Dadaşov |
4. Bu şəxs öz sənədli hekayələrindən birində xatırlayır ki, yazıçı Mehdi Hüseyn digər bir şəxslə qohumluq əlaqələrinə görə ona tez-tez “paşam” deyə müraciət edərdi. Bu şəxsin kim olduğunu cavab kartlarınıza yazın. | İsmayıl Şıxlı | Bu şəxsin özünün də hekayə yazmasından onun da yazıçı olmasını bilmək olardı. İsmayıl Şıxlı Mehdi Hüseynə həsr etdiyi hekayəsində general Əliağa Şıxlinski ilə qohum olduğu üçün yazıçının ona tez-tez zarafatla “paşam” deyə müraciət etdiyini xatırlayırdı. | Rahib Məhərrəmzadə |
11. Heredot “Tarix” əsərində Massaget çarı Tomrisin Kirin ordularının öz ərazisinə girməsi üçün şərait yaratdığını yazır.Sabir Rüstəmxanlı “Ömür kitabında bunu Tomrisin hərbi taktikanı yüksək bilməsi ilə əlaqələndirir.Belə ki, Tomris düşməni “Xan”ın köməkliyi ilə mühasirəyə aldı və əl-qol açmağa imkan vermədi.Son cümlədə əvəz ediləni tapın. | Araz çayı | Kir odusu Araz çayına sıxışdırılaraq mühasirəyə alınmış və dağıdılmışdı. Arazın isə Xan Araz adlandırılması bizə məlumdur. | Tural Dadaşov |
12. Ümülbanu “Qafqaz günləri” əsərində öz ərlərinin təzyiqi ilə bibilərinin atası Mirzə Əsadullayevlə miras davasına çıxmasını təsvir edir.Onun sözlərinə görə qonşuda yaşayan bibisinin həyətinə açılan qapı tərəflərin əsəb dalğasına reaksiya verməli olurdu.Qapının açıq olması münasibətlərin normal olması,kilidli olması isə əksinə gərgin olması anlamına gəlirdi.Yazıçı qapını X-ə bənzədirdi.X XVII əsrdə İtaliyada icad edilib.X-i deyin. | Barometr | Qapı tərəflərin təzyiqini öz üzərində hiss edirdi :) | Tural Dadaşov |
13. 2010-cu ilə kimi Aşqabadda Türkmənbaşının qızılı rəngli, fırlanan heykəlini görmək olardı. Xalq arasında bu heykəlin hansı ləqəbi aldığını yazın. | Günəbaxan | Heykəl günəşin hərəkətinə sinxron olaraq fırlanırdı və daim Türkmənbaşı günəşə baxırdı. | Aleksandr Buçatski (Samara) |
15. 2012-ci ilin martında olduqca vacib informasiyalara malik olan Liviya kəşfiyyatının keçmiş rəhbəri Abdulla Senussi Mavritaniyada tutularaq Liviyaya ekstradisiya olundu.O, Qəddafinin “x”-i ləqəbi ilə tanınırdı.Biz “x”-in Ceyms Lastın orkestinin müşaiyəti ilə “hərəkət”inə alışmışıq.X-i deyin. | Qara qutu | Vacib informasiyalara malik olan Abdulla Senussi Qəddafinin “qara qutusu” ləqəbi ilə tanınırdı.Nə? Harada? Nə zaman? teleoyununda qara qutu Ceyms Lastın orkestrinin müşaiyəti ilə gətirilir. | Tural Dadaşov |
1. “Azərsuvenir” şirkəti tərəfindən istehsal ediləcək X-lərin tərtibatı “Adamas” şirkəti ilə rəssam Nərgiz Hüseynovaya məxsusdur. X-ləri üçüncü növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın. | Avropa Oyunlarının medalları | None | Oktay Məhərrəmov |
3. ONLARIN özəyinin qorunması və inkişaf etdirilməsinin elmi əsaslarla aparılması məqsədi ilə ölkə başçısının 19 noyabr 2014-cü il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə xeyli vəsait ayrılmışdır. Eyni səmtə baxan ONLAR birliyin göstəricisi eyni zamanda nizam-intizama bir işarədir. Söhbətin nələrdən getdiyini iki sözlə cavab kartınıza yazın. | Qarabağ atı | Qarabağın rəmzi olan atlar Qarabağ FK-nin emblemində yerləşdirilib. | Oktay Məhərrəmov |
5. Keçən əsrin əvvəllərində bu qardaşlar özləri sponsorluq etdikləri Paris-Klermon Ferran velosiped yarışlarından əvvəl bu yola xeyli sayda mismar tökmüşdülər. Bir dəqiqədən sonra onların soyadını cavab kartlarınıza yazın. | Mişelin | Eduard və Andre Mişelin qardaşları təşkil etdikləri velosiped yarışlarında bilərəkdən yollara xeyli sayda mismar tökmüş və velosipedçilərin təkərlərində problem yaratmağı bacarmışdılar.Cəmi bir il sonra onların təkərlərini istifadə edən velosipedçilərin sayı 10000-i keçmişdi. | Eşqin İbrahimov |
4. İnsan duruxdu bir az, Sanki gözünə inanmadı. Bəlkə bu gün bir qat daha şərəfli oldu insan adı. İnsan gah basdı ayağını yer üzünə gah qaldırdı. Siz Rəsul Rzanın şeirindən bir parcanı eşitdiniz. Bu hissədə əvəz olunmuş sözü cavab kartlarınıza yazın. | Ay | Şeir insanın ilk dəfə Aya enməsinə həsr olunmuşdu. Sualda “ay” sözü “ yer” sözü ilə əvəz olunmuşdu. | Tural Dadaşov |
Bu söz Roçester şəhərindən Smit soyadlı şəxs tərəfindən təklif edilmişdir. [nöqtə] 6 aprel 1852-ci ildə "Albany Evening" qəzeti bu barədə belə yazırdı: “Dostlarımızdan biri xahiş edir ki, [vergül] onun leksikonumuza yeni bir söz daxil etməsi barədə elan verək. [nöqtə] Təklif edilmiş yeniliyin məqsədi iki söz əvəzinə bir sözdən istifadə edilməsidir. [nöqtə] Bu sözü yunan mənşəli sözlə cavab kartlarınıza yazın. [nöqtə] | teleqram | Əvvəllər teleqrammanı “teleqrafik depeş” adlandırırdılar. İki söz əvəzinə bir söz işlədilməsi teleqrammaların adətən qısa yazılmasına işarədir. Cümlənin sonunda nöqtənin də fərqləndirilməsi teleqramma işarə idi. | Oktay Məhərrəmov |
6. “The” artiklindən sonra sistem ona “universe” sözünü, “black” sözündən sonra “hole” sözünü təklif edir. Onun kim olduğunu tapın. | Stiven Hokinq | Məlum olduğu kimi, Hokinq ancaq üz əzələlərini hərəkətə gətirə bilir. Bu hərəkətlərlə o monitordakı kursoru idarə edir, hərfləri seçir. Onun nitqini sürətləndirmək üçün hazırlanmış yeni sistem isə Hokinqin maraq dairəsinə uyğun sözləri təklif edərək prosesi sürətləndirir. İntelin mütəxəssisləri tərəfindən hazırlanmış sistem Hokinqin nitqini 2 dəfə sürətləndirib. | Tural Dadaşov |
7. 4-3-3, mülayim iqlim, 500 metrdən çox olmayan hündürlük, qırmızı rəng. Qeyd edilənlər, Stiven Hokinqin fikrincə, bu hadisənin ehtimalını artırırdı. Daha əvvəl bu hadisədə müəyyən dərəcədə “əməyi” keçmiş həmyerlimizi cavab kartlarınıza yazın. | Tofiq Bəhramov | Britaniyalı fizik Hokinq 2014-cü il dünya çempionatından əvvəl İngiltərə yığmasına qələbə qazandıra biləcək faktorları sadalamışdı. | Fədai Məmmədov |
8. Aktyor Omar Sy filmlərin birində cinayətkərlıqla mübarizədə qanuni metodlara bəzən dırnaqarası baxan və karyerası barədə narahat olmayan Osman Dyakate adlı polisi canlandırıb. Osmanın mobil telefonunda rinqton kimi istifadə etdiyi musiqi parçasının adı başqa bir personajın adı ilə bağlıdır. Həmin personajın və ya onu canlandırmış aktyorun adını cavab kartlarınıza yazın. | Aksel Fouli (Edi Mörfi) | Qaradərili aktyor Omar Sy sərbəst və özbaşına başqa bir qaradərili polisi Edi Mörfinin canlandırdığı “Beverli Hillz polisi” Aksel Foulinin fanatıdır. İlk öncə bananların maşının səsboğucusuna doldurulması səhnəsi üçün nəzərdə tutulmuş “Axel F” melodiyası 1984-cü ildə çəkilmiş filmdən sonra çox populyarlaşmışdı. | Oktay Məhərrəmov |
10. Hansı “müharibə” 30 oktyabr 1938-ci ildə bir neçə amerikan şəhərinin çıxışında miqyaslı, 100 km-dən çox tıxaclara səbəb olmuşdu? | Dünyaların müharibəsi” | Orson Uelsin realistik radioqurluşu bir çox amerikalını marslıların hücumundan xilas olmağa məcbur etmişdi. | Andrey Pundor (Lvov) |
11. 1924-cü ildə anadan olan bu şəxs haqqında məqalələrdən birində onun DƏNİZƏ olan hədsiz sevgisi, dəniz ətrindən xoşlanması qeyd olunur. Onun kim olduğunu tapın. | Nəbi Xəzri | Dənizə olan hədsiz sevgisi, xəzri küləyinin insanlara dəniz ətri bəxş etdiyinə görə 1958-ci ilə Nəbi Babayev Xəzri təxəllüsünü götürmüşdü. Xəzri dənizdən əsən güclü şimal küləyidir. | Tural Dadaşov |
13. 1974-cü ildə doğulmuş Klara və Altaqrasiya ilə, 1993-cü ildə doğulmuş Angela və Emi ilə, 1997-cü ildə doğulmuş Cozef və Luka ilə bu uğurla həyata keçirilmişdi. Onların valideynləri haqqında danışan Arman Lerua bunu edənləri kiminlə müqayisə edir? | Süleyman peyğəmbər | Sadalananlar bitişik əkiz kimi dünyaya gəlmişdilər. Süleyman peyğəmbər iki qadının mübahisəsini həll edərkən körpəni iki yerə bölməyi təklif etmişdi. | Fədai Məmmədov |
14. Qədim dövrün böyük hökmdarları kiçik hakimlərin ərazilərini ələ keçirərkən bir qayda olaraq onların övladlarını apararaq ömürlərinin sonuna qədər öz saraylarında KÖMƏKSİZ vəziyyətdə əsir saxlayırdılar. Digər bir qaydaya görə səfirləri əsir götürmək qadağan idi. Siz isə qədim dilimizdə “əsir” sözünün necə səsləndiyini tapın | Zaval | «Elçiyə zaval yoxdu”, zavallı-köməksiz | Aqşin Atalızadə |
1. 45 000 işçisi olan biznesmen Ceyms Patisson müsahibələrinin birində demişdi ki, “Şirkəti kadrların yüksək dövriyyəsi üzərində tikmək X-in üzərində tikməklə eyni şeydir”. Alim Daniel Bonnun X üzərində eksperimentlərdən sonra 1%-dən kiçik mexaniki gərginliklərin X-i sükunət vəziyyətindən çıxarması müəyyən olunmuşdu. X-i iki sözlə deyin | Qum bataqlığı | “Jim Patisson Group” şirkətinin yaradıcısı Patisson işçilərə güvəndən danışan tez-tez dəyişən işçilərin şirkətə loyal olmadığını və şirkətin bünövrəsini onlarla qurmağı əlverişsiz hesab edir, çünki bu halda şirkət də tikilən binalar kimi çox tez dağıla bilər. Amsterdam universitetinin alimi Daniell Bonn belə qumların özlülüyünü araşdıran zaman müəyyən etmişdi ki, adi halda sükunətdə olan qum bataqlıqlarında insan hərəkətləri ilə aktivliyi artıra bilər. | Fazil Babayev |
End of preview.